Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov etimadnaməsini prezident Park Qın-hyeyə təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Keçirilən görüşdə diplomat Azərbaycanın Koreya Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bəyan edib. O, Asiya regionunda Koreyanın Azərbaycan üçün mühüm tərəfdaş olduğunu bildirib. R.Teymurov Azərbaycanın bu ölkə ilə ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Koreya prezidenti ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, ikitərəfli əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını deyib.
Danışıqlarda, həmçinin iqtisadi və siyasi sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.
Y.Əliyev