“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Gəncə şəhərində Şuşa, Kəlbəcər, Xocalı, Füzuli, Xocavənd və Ağdam rayonlarından olan məcburi köçkünlərlə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, görüş Kəlbəcərdən olan məcburi köçkünlər üçün yeni istifadəyə verilən qəsəbənin açılış mərasimi çərçivəsində keçirilib.
“Həyata keçirilən dövlət proqramları və bu istiqamətdə reallaşdırılacaq layihələr məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına imkan verir”, – deyə B.Səfərov qeyd edib.
Görüşdə kreditlərin alınması, məşğulluğun təmin edilməsi, məcburi köçkünlərin müvəqqəti yaşadıqları bölgələrdə aqrar sahənin, eyni zamanda heyvandarlığın inkişaf etdirilməsi və digər məsələlərlə bağlı təkliflər səslənib.
Əminliklə vurğulanıb ki, Azərbaycan Ordusu öz torpaqlarını ermənin işğalından azad etməyə qadirdir.
F.Mehdiyev