Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
“Türkiyə Cümhuriyyəti tarixində xalqın seçimi ilə keçirilən ilk prezident seçkilərində inamlı və parlaq qələbə qazanmanız münasibətilə Sizi Qafqaz müsəlmanları və şəxsən öz adımdan təbrik edirəm”, - deyə təbrikdə qeyd edilir.
F.İsazadə