SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə axşamı 4 rayonun təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli sistemində payız-qış mövsümünə hazırlıq məqsədi ilə planlaşdırılmış təmir işlərinin aparılması ilə əlaqədar 2 gün müddətində Yardımlı rayonuna, eləcə də Lerik rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.
Bundan başqa, Qazax-Qazıməmməd magistral qaz kəmərində təmir işləri ilə əlaqədar işlər başa çatanadək Ağstafa və Tovuz rayonlarının bir hissəsinin, səhər saatlarından 16:00-dək isə Goranboy şəhərinin bir hissəsinin qaz təchizatına məhdudiyyətlər qoyulub.
N.Abbasova