1 iyul 2014-cü il tarixinə olan məlumata görə, II rübdə “Azərsu” ASC-nin abunəçilərinin sayı 2,7% - 1 mln. 282,146-ya qədər artıb. Bu barədə ASC-nin məlumatında deyilir.
İstehlakçıların 96,3%-i və ya 1 mln. 235,683 mini əhali, 3,6%-i və ya 46,463 mini qeyri-əhali qrupu abunəçiləridir.
2014-cü ilin II rübü ərzində əhali qrupu abunəçilərinin sayı 2,5%, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 10% artıb.
1 iyul tarixinə “Azərsu” ASC-nin 714,51 min abunəçisi (55,6%) sayğacla təmin edilib. Hazırda əhali qrupu abunəçilərinin 54,6%-i, qeyri-əhali qrupu abunəçilərinin isə 82,2%-i sayğaclarla təmin olunub.
N.Abbasova