Azərbaycanın müdafiə naziri Zakir Həsənov çərşənbə axşamı Bakıda Serbiyanın müdafiə naziri Bratislav Qaşiçlə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bundan əlavə, hərbi-siyasi vəziyyət və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Z.Həsənov vurğulayıb ki, bu gün Azərbaycan separatçılıqla üz-üzə qalıb.
O, həmçinin qeyd edib ki, hərbi əməkdaşlıq tərəflər arasında imzalanan saziş əsasında həyata keçirilir və bu əlaqələr daim inkişaf edir.
B.Qaşiç Serbiyanın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tərəfdar olduğunu bildirib.
Serbiya müdafiə nazirinin Azərbaycana səfəri avqustun 13-dək davam edəcək.
F.İsazadə