Təhsil naziri Mikayıl Cabbarov Göyçayda vətəndaşları qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
Avqustun 18-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar nazir tərəfindən qəbul olunacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar 12-15 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
A.Zeydullayeva