N.Tusi adina Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova ABŞ-ın “CIES” təhsil mərkəzi tərəfindən keçirilən “Fulbright Visiting Scholar” proqramında “Modern methods of statistical data processing on photometry and spectroscopy in physics” layihəsi ilə qalib gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
O, bu proqram çərçivəsində 2015-ci il mart ayının sonunadək Qrinsboro Şimali Karolina Universitetində akademik təcrübə keçəcək.
A.Zeydullayeva