Ermənistan prezidenti Serj Sarqsyan Rəcəb Tayyib Ərdoğanı Türkiyənin prezidenti seçilməsi münasibətilə təbrik edib.
Ermənistan prezidentinin mətbuat xidmətindən “İnterfaks”a verilən məlumata görə, S.Sarqsyan R.Ərdoğana möhkəm cansağlığı, Türkiyə xalqına isə rifah və tərəqqi arzulayıb.
“Heç şübhəsiz ki, siz Türkiyənin prezidenti vəzifəsində əldə etdiyimiz ikitərəfli sazişlərin ilkin şərtlər olmadan reallaşdırılması işində səy göstərmək imkanına maliksiniz”, - deyə Ermənistan prezidentinin məktubunda qeyd edilir.