Azərbaycanın Berlindəki səfirliyi Almaniya hökumətinin insan hüquqları və humanitar yardım üzrə xüsusi nümayəndəsi Kristof Ştresserin hüquq müdafiəçiləri Leyla Yunusova və Arif Yunusovun həbsi ilə bağlı bəyanatına cavab verib. Bu barədə rəsmi mətbuatda məlumat verilir.
Azərbaycan səfirliyinin bəyanatında Leyla Yunusova və Arif Yunusovun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasının hüquqi əsaslandırılması yer alıb. Hər iki şəxsin özlərini qanunvericilikdən yuxarı hesab edərək, onlara qarşı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulduğundan fərqli yanaşma tələb etmələri və hüquqi prosesə siyasi bəyanatlarla təsir etməyə çalışdıqları vurğulanıb.
Bəyanatda, həmçinin ibtidai istintaq prosesinin Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə getdiyi diqqətə çatdırılıb.
Səfirlik istintaq prosesini siyasiləşdirmək cəhdlərinin hüquqi məsuliyyətə cəlb edilmənin qarşısını ala bilməyəcəyini bildirib.
Y.Əliyev