Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün abituriyentlərin ixtisas seçimini başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin ixtisas seçimi də başa çatıb.
Beləliklə, 9,156 min abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.
Nəticələr yaxın vaxtlarda elan ediləcək.
A.Zeydullayeva