Vergilər Nazirliyi vergi borcu olan bir neçə sahibkarın əmlakını siyahıya alıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumata əsasən, Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Tekoplast” ASC-də aparılan yoxlamar zamanı 15,186 min manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Nazirlik ümumilikdə 2,68 min manat dəyərində məişət avadanlıqları, qapı və pəncərə dəmirlərini müəyyən edilmiş qaydada siyahıya alıb.
Nəsimi rayonu, Xətai prospektində yerləşən Şahid Məlikova məxsus tikinti materialları mağazasında 7,13 min manat dəyərində santexnika avadanlıqları siyahıya alınıb. Mağazanın 6,276 min manat məbləğində vergi borcu olub.
Bundan başqa, nazirlik “N.Med center” MMC-yə məxsus 5,1 min manat dəyərində tibbi avadanlıqlar və ləvazimatları siyahıya alıb. Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində fəaliyyət göstərən müəssisənin 5,215 min manat məbləğində vergi borcu var.
A.Axundov