Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin I rübündə səhmdar cəmiyyətlərinə 99 min manat məbləğində cərimə sanksiyası tətbiq edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
2014-cü ilin yanvar-iyul aylarında QKDK-ya 393 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması barədə 183 şikayət daxil olub. Onların sayı 2013-cü ilin analoji dövrü ilə müqayisədə 5%, barələrində şikayət daxil olmuş səhmdar cəmiyyətlərinin sayı 1% azalıb.
Şikayətlər araşdırıldıqdan sonra QKDK 90 halda səhmdar cəmiyyətlərinə ümumilikdə 99 min manat məbləğində cərimə tətbiq edilməsinə dair qərar qəbul edib. 2013-cü ilin yanvar-iyul aylarında isə 25,9 min manat məbləğində 104 cərimə tətbiq edilib.
Bundan başqa, 2014-cü ilin yanvar-iyul aylarında QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 81 göstəriş (azalma 16%) verib.
A.Axundov