Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları son günlər sərhədyanı zonada ümumi çəkisi 1 tondan artıq olan 2 minə yaxın yabanı halda bitmiş çətənə kolu aşkar ediblər. Bu barədə cümə günü DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində ümumi çəkisi 1070 kq olan 1930 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar olunub.
Narkotik bitkilər toplanaraq müvafiq qaydada məhv edilib.
R.Babayev