2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 4 mlrd. 535 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyul aylarında həyata keçirilən işlərin 64%-i tikinti, yenidənqurma və genişləndirmə işlərinin, 17,5%-i əsaslı təmir, 5,6%-i cari təmir, 12,9%-i digər tikinti işlərinin payına düşüb.
Hesabat dövründə tikinti işlərinin 81%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
A.Axundov