SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Palçıq Pilpiləsi” yatağında yeni hasilat quyusunu geoloji tədbirlərdən sonra istismara verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
1123 nömrəli quyu 1100 nömrəli dəniz özülündən qazılıb.
Həyata keçirilmiş geoloji tədbirlərdən sonra quyunun sutkalıq neft hasilatı 15 ton təşkil edir.
“Palçıq Pilpiləsi” yatağı “Neft Daşları” yatağı ilə yanaşı yerləşir və 1949-cu ildən işlənməyə başlayıb. İstismar müddətində “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarından 173 mln. tondan çox neft hasil edilib. Yataqların təxminən 30 mln. ton qalıq neft ehtiyatı var.
N.Abbasova