Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 868 mln. 65,36 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 591 mln. 803,84 min manat, aksizlər üzrə 32 mln. 460,85 min manat, yol vergisi üzrə 9 mln. 324,53 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 234 mln. 476,14 min manat məbləğində olub.
Xəbər verildiyi kimi, 2014-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 510 mln. manat həcmində proqnozlaşdırılır.
N.Abbasova