2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu $8 mlrd. 364 mln 596,67 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $18 mlrd. 133 mln. 507,99 min (azalma 9,53%) təşkil edib.
Bununla yanaşı, 2014-cü ilin yanvar-iyul aylarında ixracın həcmi $13 mlrd. 249 mln. 52,33 min (azalma 4,44%), idxalın həcmi $4 mlrd. 884 mln. 455,66 min (azalma 20,97%) təşkil edib.
İxracın strukturunda 85,61% neftin, 5,28% neft məhsullarının, 1,63% təbii qazın, 1,03% meyvə-tərəvəz məhsullarının, 0,13% çayın, 0,98% bitki və heyvan mənşəli yağların, 1% qəndin, 0,16% spirtli və spirtsiz içkilərin, 0,3% kimya məhsullarının, 0,58% plastmas və ondan hazırlanan məmulatların, 0,06% pambıq lifinin, 0,18% qara metal və ondan hazırlanan məmulatların, 0,35% alüminium və ondan hazırlanan məmulatların payına düşüb.
İdxalın strukturunda 11,78% ərzaq məhsullarının, 4,45% tütün və tütün məhsullarının, 1,53% sementin, 2,83% əczaçılıq məhsullarının, 2,64% plastmas və ondan hazırlanan məmulatların, 1,52% odun və agac məhsullarının, 10,48% qara metal və ondan hazırlanan məmulatların, 30,7% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 9,22% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,98% mebelin payına düşüb.
Yanvar-iyul aylarında xarici ticarət əməliyyatlarında 3107 dövlət və özəl müəssisə və 1 569 fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 137 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Hesabat dövründə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 23,13%-i), İndoneziya (12,55%), Almaniya (7,97%), Fransa (6,86%) və İsrail (5,87%), əsas idxal əməliyyatlarını isə Rusiya (14,29%), Türkiyə (14,14%), Almaniya (7,74%), Çin (7,59%) və ABŞ (7,56%) ilə həyata keçirib.
N.Abbasova