Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirliklərinin əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib və regional sabitliyin təminatına xidmət edir. Bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya 3 ölkənin müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünü jurnalistlərə şərh edərkən bildirib.
“Əməkdaşlığımız infrastrukturun, ilk növbədə 3 ölkənin ərazisindən keçən və onların həm iqtisadi inkişafı, həm də enerji təhlükəsizliyinə xidmət edən neft və qaz kəmərlərinin təhlükəsizliyinin təminatına yönəlib”, - deyə İ.Alasaniya vurğulayıb.
“Biz, xüsusilə böhran vəziyyətində birgə infrastrukturun təhlükəsizliyinin təminatı məsələlərini müzakirə edəcəyik”, - deyə İ.Alasaniya qeyd edib.