Ötən həftə Azərbaycan polisi axtarışda olan 75 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (11-17 avqust) baş vermiş bədbəxt hadisələr nəticəsində 15 nəfər həlak olub, 3 nəfər yaralanıb və zəhərlənib, həmçinin 3 intihar hadisəsi qeydə alınıb.
Bununla yanaşı, 6 nəfər qətldə, 11 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 18 nəfər oğurluqda, 2 nəfər qarətdə, 3 nəfər avtomobil qaçırmaqda, 3 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 3 fakt qeydə alınıb.
C.Həmidov