Bazar ertəsi yerli vaxtla saat 07:02-də İranın qərbində 6,1 bal gücündə baş vermiş zəlzələ nəticəsində ən azı 250 nəfər yaralanıb. Bu barədə İran mətbuatı xəbər verir.
Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, itki yoxdur.
Zəlzələ İlam, Lorestan və Xuzestan əyalətlərində qeydə alınıb.
Zəlzələnin episentri Mormori şəhəri yaxınlığında yerləşib.
Mormori və Abdanan şəhərlərində rabitə əlaqəsi, su və elektrik enerjisi təchizatı kəsilib.
Həmçinin mənzil fonduna böyük ziyan dəyməsi barədə məlumat verilir.
Hadisə yerində xilasedicilər işləyir.