1 yanvar 2014-cü il tarixinə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) aktivləri 74 mln. 985,679 min manat təşkil edir ki, bu da 2013-cü ilin əvvəlinə olan göstəricidən 34,9% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə fonddan məlumat verilib.
Fondun saytında dərc edilmiş 2013-cü il üzrə maliyyə hesabatına əsasən, aktivlərin strukturunda 59 mln. 663,6 min manat satış müddəti müəyyən edilmiş investisiya qiymətli kağızlarının (artım 2,08 dəfə), 5 mln. 390,072 min manat tez satılması mümkün olan investisiya kağızlarının (artım 3,88%), 1 mln. 360,854 min manat (azalma 5,4 dəfə) nağd pulların, qalan məbləğ digər aktivlərin payına düşür.
Cari ilin əvvəlinə fondun öhdəlikləri 5 mln. 435,289 min manata (artım 3,6%) bərabərdir.
2014-cü il yanvarın 1-nə fondun sığorta ehtiyatları 69 mln. 550,39 min manat (artım 38,17%) təşkil edir.
2013-cü ilin yekunları üzrə fondun gəlirləri 20 mln. 686,451 min manat (artım 39,18%), xalis mənfəəti 19 mln. 200,149 min manat (artım 41,39%) təşkil edib.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə prezidentinin 9 fevral tarıxli fərmanı çərçivəsində yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür
A.Axundov