Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-iyul aylarında 204 cinayət xarakterli gömrük qanun pozuntusu faktı qeydə alıb. Bu barədə DGK-nın məlumatında bildirilir.
Hesabat dövründə gömrük orqanları tərəfindən qaçaqmalçılıqla bağlı 142, o cümlədən aksiz markası olmayan malların idxalı ilə bağlı 1, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt qeydə alınıb. Qalan faktlar cinayət xarakterli digər qanun pozuntularının payına düşüb.
DGK-nın məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında 240 nəfər qanun pozuntusuna yol verib.
Qeyd olunan dövrdə DGK inzibati xarakterli 5244 qanun pozuntusu faktı aşkarlayıb, o cümlədən gizli daşınma üzrə 124, bəyan edilməmiş məhsulların daşınması üzrə 137, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin vaxtında çatdırılmaması üzrə 4340 fakt və digər qanun pozuntuları qeydə alınıb.
N.Abbasova