Çərşənbə axşamı Naxçıvan Muxtar Respublikasında Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Zakir Həsənov, İsmət Yılmaz və İrakli Alasaniya arasında keçirilən görüşdə regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Nazirlər bu formatda hər 6 aydan bir görüşlərin keçirilməsinə dair qərar qəbul ediblər.
Görüşdə nazirlər hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.
Y.Əliyev