SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə günü Azərbaycanın 12, Bakının 9 rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar ölkənin bölgələrində qazın verilməsinə qismən məhdudiyyət qoyulub. Belə ki, səhər saatlarından 12:00-a qədər Oğuz, səhər saatlarından 18:00-a qədər Qax, Goranboy, Balakən, Qobustan, Kürdəmir, Şəmkir, Şamaxı, Masallı və Siyəzən rayonlarının bir hissəsinə qazın verilişində fasilələr yaranıb. Saat 12:00-dan 14:00-a qədər Şəki rayonuna, saat 15.00-dan isə Qax rayonuna qaz fasilələrlə veriləcək.
Səhər saatlarından 18:00-a qədər Bakının Qaradağ, Sabunçu, Binəqədi və Xətai rayonlarının, səhər saatlarından işlər başa çatanadək Xəzər rayonunun, səhər saatlarından 15:00-a qədər Nərimanov rayonunun bir hissəsinin qaz təchizatına məhdudiyyətlər qoyulub. Bundan əlavə, saat 14:00-dan işlər başa çatana qədər paytaxtın Yasamal, Səbail və Nəsimi rayonlarına qazın verilişində fasilələr yaranacaq.
N.Abbasova