Mədəniyyət və Turizm Nazirliyi IX, X, XI sinif şagirdləri üçün maarifləndirici turlar keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xızı və Sumqayıtdan olan şagirdlər artıq Gəncə, Şəmkir və Göygöldə, Daşkəsən və Göygöldən olan şagirdlər Quba, Qusar və Xaçmazda olublar; İmişli və Beyləqandan olan şagirdlər Şəki, Qəbələ və İsmayıllıya, Astara və Lerikdən olan şagirdlər Gəncə, Şəmkir və Göygölə, Gəncə və Mingəçevirdən olan şagirdlər Quba, Qusar və Xaçmaza; Ağcabədi və Zərdabdan olan şagirdlər isə Şəki, Qəbələ və İsmayıllıya səfər ediblər.
Turlar zamanı şagirdlər turizm firmaları tərəfindən təşkil edilmiş müxtəlif viktorinalarda iştirak edəcəklər. Bundan başqa, tarixi yerlərə ekskursiyalar və rayon rəhbərlikləri ilə görüşlər təşkil olunur.
A.Zeydullayeva