“Sumqayıt Kimya Sənaye Parkı” MMC parkın ərazisində Gömrük və Dəmiryol İdarəsinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün şirkətlərdən təkliflərin kotirovka sorğusunu keçirir.
Təkliflər 25 avqust 2014-cü il tarixinə kimi qəbul olunacaq.
Tender proseduru avqustun 25-də keçiriləcək.
Xəbər verildiyi kimi, 2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
N.Abbasova