Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə və Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini, general-mayor Obeyd Moheyr bin Surur ilə görüş zamanı Azərbaycanla BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
P.İsmayılzadə həmsöhbətinə son illər ərzində Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlar, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib.
Baş konsul Azərbaycan ilə BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
O.Moheyr Dubay Əmirliyinin ölkəmizlə miqrasiya sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
F.İsazadə