"Azəryolservis" ASC Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu km-də Kür çayı üzərindəki körpünün tikintisini başa çatdırıb. Bu barədə ASC-nin məlumatında deyilir.
“Körpünün uzunluğu 317,7 m, eni 14,85 m təşkil edib. Körpünün istismara verilməsi nəqliyyatın Hacıqabul-Bəhramtəpə avtomobil yolunda və əks istiqamətdə fasiləsiz, rahat hərəkətini təmin edəcək”, - deyə məlumatda qeyd edilir.
Yeni körpünün tikintisi barədə qərar ağıryüklü maşınların intensiv hərəkəti ilə əlaqədar köhnə körpünün yararsız vəziyyətə düşməsi nəticəsində qəbul edilib.
N.Abbasova