BMT-nın biznes və insan hüquqları üzrə işçi qrupunun üzvləri Gəncədə sosial-iqtisadi inkişafın vəziyyəti ilə maraqlanırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə qonaqlara şəhərdə insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində görülən işlər, sahibkarlıq fəaliyyətinə başlayanlara bizneslərini qurmaqda və inkişaf etdirməkdə göstərilən dəstək barədə məlumat verilib.
“Bu səfərin yekunu olaraq hazırlayacağımız hesabatı BMT-nin Cenevrədəki İnsan Hüquqları Şurasına təqdim edəcəyik. Eyni hesabat BMT-nin Nyu-Yorkdakı Baş Assambleyasına da təqdim ediləcək”, – deyə nümayəndə heyətinin üzvləri bildiriblər.
BMT-nin ekspertləri Gəncəyə səfər çərçivəsində yerli QHT nümayəndələri ilə görüşüblər.
F.Mehdiyev