"Expressbank" nizamnamə kapitalını 9% - 122 mln. 443,55 min manata qədər artırmağı planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Nizamnamə kapitalının artırılması şirkətin səhmlərinin nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Xüsusilə bir səhmin nominalı 301,7 manatdan 328,9 manatadək artır.
"Expressbank"ın nizamnamə kapitalı 372,28 min ədəd səhmə bölünüb.
Bu həftə QKDK bankın səhmlərinin əlavə emissiya prospektini nominalın dəyişməsi nəzərə alınmaqla qeydiyyata alıb.
Hazırda bankın nizamnamə kapitalı 112 mln. 317 min 479,4 manat təşkil edir.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir daxildir. Bankın səhmdarları fərdi şəxslərdir.
A.Axundov