Rəsmi Bakı Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.
“Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 24 avqust 2014-cü il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir”, - deyə nazirliyin bəyanatında deyilir.
R.Babayev