Cari ilin yaz-yay mövsümündə Lənkəran, Xaçmaz və Şəki rayonlarında yerləşən istirahət mərkəzlərində dövlət xətti ilə 1062 nəfər əlil vətəndaş istirahət edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
ƏƏSMN-in müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq 81 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə yola salınıb.
İstirahət müddətində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil edilib.
R.Babayev