Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 36 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 48 yol qəzası baş verib. Nəticədə 76 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Bakının Yasamal rayonunda baş verib. «Mercedes» markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Bundan başqa, İsmayıllı rayonunda "VAZ-21063" və "Toyota" markalı avtomobillərin toqquşmsı nəticəsində 2 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.
C.Həmidov