Ötən həftə Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən 43 nəfəri və narkotik maddə alverində şübhəli bilinən 5 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən şəxslərdən ümumlikdə 26,75 qram marixuana, 17,502 qram tiryək, 7,184 qram heroin müsadirə olunub.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 12,75 kq marixuana, 1 kq tiryək, 140 qram həşiş, 130 qram heroin, 4 ədəd çətənə kolu aşkarlanıb.
Bundan başqa, DİN əməkdaşları 1 tondan çox yabanı halda bitmiş çətənə kolu aşkarlayaraq məhv ediblər.
C.Həmidov