Azərbaycanın opera ifaçıları ənənəvi “TÜRKSOY 2014 Opera Günləri”ndə iştirak edəcəklər. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tədbir sentyabrın 15-30-da Türkiyədə keçiriləcək.
Türkiyənin görkəmli opera müğənnisi Leyla Gencerə həsr olunmuş tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və digər ölkələrdən 15 opera ifaçısı iştirak edəcək.
Konsertlər İstanbul, Bursa, Ayvalık, Bodrum, Marmaris və Ödemiş şəhərlərində keçiriləcək. Türkiyədəki qastrollardan sonra opera ulduzları tanınmamış Şimali Kipr Türk Respublikasında da konsertlər verəcəklər.
İlk “Opera Günləri” 1994-cü ildə təşkil edilib və onlar bir çox ölkə və şəhərlərdə keçirilib.
A.Zeydullayeva