Bakının Nizani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Babək prospektində “VAZ-21114” markalı avtomobil Qazax rayon sakinləri Vüqar Mustafayevi və Tünzalə Mustafayevanı vurub. Nəticədə hər iki piyada hadisə yerində həlak olub.
Paytaxt sakini olan sürücü Elmir Mehrəliyev Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
C.Həmidov