Prezident İlham Əliyev avqustun 25-də Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Labendanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
F.İsazadə