10-11 sentyabr tarixlərində Bakıda Avropa Şurasına üzv ölkələrdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans keçiriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə Şuraya üzv ölkələrin əmək və sosial müdafiə sahəsi üzrə hökumət qurumlarının məsul şəxsləri iştirak edəcək.
R.Babayev