Zaqatala rayonunun din xadimləri Yaxın Şərqdə baş verən proseslərin ölkədə təkrarlanmaması üçün tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bunu Zaqatala rayonunun dini icmalarının nümayəndələri “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan” adlı treninq-seminarda çıxş edərkən bildiriblər.
Tədbirdə gəncləri qeyri-ənənvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə maarifləndirmə sahəsinə diqqətlə yanaşılmasının vacibliyi qeyd edilib.
Şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti vurğulanıb.
Bundan başqa, müzakirələr zamanı Azərbaycanın tolerantlıq ənənələri və dinlərarası münasibətlərdən də danışılıb.
Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan” adlı treninq-seminar DQİDK-nın dəstəyi ilə İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilir. Tədbir Azərbaycanın dini ənənələrini təbliğ etmək məqsədi daşıyır.
F.İsazadə