Litvanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Valdas Lastauskas etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı E.Məmmədyarov qeyd edib ki, Azərbaycan ilə Litva arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.
Öz növbəsində V.Lastauskas iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Bundan başqa, tərəflər siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparıblar.
F.İsazadə