Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) “Metrologiya” Standartlaşdırma üzrə Texniki Komitə yaradıb. Bu barədə SMPDK-nın məlumatında deyilir.
Texniki Komitənin yaradılmasında əsas məqsəd metrologiya sahəsi ilə bağlı milli standartların layihələrinin, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının hazırlanmasıdır.
Texniki Komitəyə 22 dövlət və qeyri-dövlət müəssisəsinin nümayəndələri daxildir.
“Metrologiya sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir”, - deyə məlumatda bildirilir.
A.Axundov