Boksçumuz Rüfət Hüseynov Nancinq şəhərində keçirilən yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında milli yığmaya qızıl medal gətirib.
“AzərTAc”ın xüsusi müxbirinin çərşənbə günü verdiyi məlumata görə, R.Hüseynov avqustun 27-də keçirilmiş final görüşündə özbəkistanlı boksçu Süleymon Latipovu məğlub edib.
Bununla da Azərbaycan idmançılarının yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında qazandıqları medalların sayı 10-a çatıb. İdmançılarımız 3 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar.
F.Hüseynzadə