Serbiyanın baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç sentyabrın birinci ongünlüyündə Azərbaycana səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Serbiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
9-10 sentyabr tarixlərinə nəzərdə tutulmuş səfər zamanı tərəflər iki ölkə arasında münasibətlərin perspektivlərini müzakirə edəcəklər.
Həmçinin Azərbaycan hökumətinin nümayəndələri ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.
F.İsazadə