2014-cü ilin yanvar-iyul aylarında “Sumqayıt Regional Elektrik Şəbəkəsi”nin abonentləri tərəfindən istehlak edilən elektrik enerjisinin həcmi 535,8 milyon kilovatsaat təşkil edib, bu isə 2013-cü ilin analoji dövrünün göstəricisindən 4,1% azdır. Bu barədə “Azərenerji” ASC-nin məlumatında deyilir.
Hesabat dövründə ASC-nin əhali istehlakçı qrupu üzrə 139,6 milyon kilovatsaat elektrik enerjisi istehlak edilib (artım 19,7%).
İyulda “Sumqayıt Regional Elektrik Şəbəkəsi”nin abonentləri tərəfindən elektrik enerjisinin istehlakı 73,3 milyon kilovatsaat, həmçinin əhali tərəfindən istehlak 14,5 milyon kilovatsaat təşkil edib.
“Sumqayıt Regional Elektrik Şəbəkəsi” “Azərenerji” ASC-yə daxildir və
Sumqayıt, Xırdalan, Qobustan, Bağlar və Şamaxı EŞ-ləri əlaqələndirir.
N.Abbasova