2014-cü ildə Gədəbəydə kartof məhsulunun 187,907 min ton səviyyəsində olacağı proqnozlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Gədəbəy rayon İcra Hakimiyyətindən məlumat verilib.
“2013-cü ildə yığılan kartof məhsulu 200,029 min ton olub. Bu il məhsulun 187,907 min ton səviyyəsində olacağı proqnozlaşdırılır (azalma 6,1% - İF-Az). Orta məhsuldarlığın hər hektardan 16 ton olacağı nəzərdə tutulur”, - deyə İcra Hakimiyyətindən bildirilib.
2014-cü ildə 12 201,8 hektar sahədə kartof məhsulu əkilib, bu isə 2013-cü ilin göstəricisindən 6,2% azdır.
Rayonda əsasən “Holland”, “Qəzəf” və “Telman” sortları əkilir. Fermerlər kartofun bir kiloqramını 0,5-0,7 manatdan təklif edirlər.
Bundan başqa, bu il rayonda 1108 hektar sahədən 2281 ton taxıl yığılıb. 2013-cü ildə bu göstərici 974,3 hektardan 2776 ton təşkil edib.
F.Mehdiyev