Bu gün prezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Körpünün tikintisinə 2011-ci ildə başlanılıb.
Nazirin sözlərinə görə, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı. Buna görə də yeni körpünün tikilməsinə qərar verilib.
R. Babayev