Qərbi Afrikada Ebola virusu 1552 nəfərin həyatına son qoyub. Bu barədə Ümümdünya Səhiyyə Təşkilatının cümə axşamı dərc etdiyi bəyanatda deyilir.
“Son üç həftə ərzində 40%-dən artıq xəstələnmə halı qeydə alınıb”, - deyə ÜST-nin sənədində qeyd olunur.
Ebola virusuna yoluxanların ümumi sayı 3062 nəfər təşkil edir.
Virus Syerra-Leone, Liberiya, Qvineya və Nigeriyada yayılıb.