Qərbi Afrikada Ebola virusu yayılmaqda davam edir və 20 minə yaxın insanın yoluxmasına səbəb ola bilər. Bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verir.
ÜST virusun qarşısının alınması üçün yeni tədbirlər planı dərc edib, alimlər isə virusa qarşı vaksinin hazırlanması səylərini artırırlar.
Təşkilatın daha əvvəl yaydığı məlumata əsasən, Ebola virusu nəticəsində Qərbi Afrikada 1552 nəfər ölüb.
“Virusa yoluxma hallarının 40%-dən çoxu son 3 həftədə qeydə alınıb”, - deyə ÜST-nin məlumatında bildirilir.
Ebola virusuna yoluxanların ümumi sayı 3062 nəfərdir.
Virus Sierra-Leone, Liberiya, Qvineya və Nigeriyaya yayılıb.