BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının İdarəsinin cümə günü yaydığı məlumata əsasən, Suriyada vətəndaş müharibəsi nəticəsində rekord sayda insan - 3 milyon nəfər ölkədən qaçmağa məcbur olub, bir il ərzində onların sayı təxminən bir milyon nəfər artıb.
İdarənin ali komissarı Antoniu Quterriş cümə günü bəyan edib ki, “Suriya böhranı dövrümüzün ən böyük humanitar fəlakətinə çevrilib, çünki 2011-ci ilin mart ayında başlayan münaqişə nəticəsində suriyalıların demək olar ki, yarısı həyatlarını xilas etmək üçün evlərini tərk etməli olublar.
Demək olar k, hər 8 suriyalıdan biri ölkənin hüdudlarından kənara qaçıb. Bundan başqa, 6,5 mln. nəfər məcburi köçkün vəziyyətinə düşüb.